AZ

Messinin zədəsi nə dərəcə ciddidi?

Lionel Messi milyonlarla pərəstişkarını şoka salıb. Ulduz futbolçu dünya çempionatı ərəfəsində zədələnib.

"Football-plus.az" xəbər verir ki, Argentina yığmasının və “İnter Mayami”nin lideri dünya çempionatı ərəfəsində sıradan çıxıb.

38 yaşlı hücumçu MLS-də bazar günü “Filadelfiya Yunion”a qarşı keçirilən matçda əvəzlənməsini istəyib. Mayamililərin 6:4 hesablı qələbəsi ilə nəticələnən oyunun 73-cü dəqiqədə sol ayağının arxa nahiyəsindən tutaraq meydanı tərk edən futbolçu birbaşa paltardəyişmə otağına yollanıb. BBC-nin məlumatına görə, komandanın baş məşqçisi Gilyermo Oyos əvəzlənmənin yağışlı hava və ağır meydança şərtləri səbəbindən, sadəcə, ehtiyat tədbiri olduğunu bildirib.

İyunun 11-də start götürəcək dünya çempionatında iştirak edəcəyini hələ rəsmən təsdiqləməsə də, Messinin ABŞ, Kanada və Meksikanın şərikli evsahibliyi edəcəyi turnirdə 6-cı dəfə iştirakı gözlənilir.

Gələn həftə yekun heyəti açıqlanacaq Argentina yığmasının ilk oyunu iyunun 16-da Əlcəzairə qarşı keçirəcəyini qeyd edək.

Seçilən
39
1
football-plus.az

2Mənbələr