AZ

Sabiq müdafiəçisi 48 yaşında vəfat etdi

Yunanıstan yığmasının və "Olimpiakos" klubunun sabiq müdafiəçisi Paraskevas Antzas 48 yaşında dünyasını dəyişib.

Publika.az xəbər verir ki, bu barədə futbolçunun uzun müddət çıxış etdiyi "Olimpiakos" klubunun rəsmi sayt məlumat yayıb.

Futbolçunun ölüm səbəbi açıqlanmır. Klubun yaydığı başsağlığı mesajında onun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verilib.

Karyerasının böyük hissəsini "Olimpiakos"da keçirən Antzas bu klubun heyətində 7 dəfə Yunanıstan çempionu olub. O, Yunanıstan milli komandasının heyətində 26 oyun keçirib və 2008-ci il Avropa çempionatında iştirak edib.

Seçilən
30
publika.az

1Mənbələr