AZ

Rusiya səfiri Almaniya Xarici İşlər Nazirliyinə çağırıldı

Almaniya Xarici İşlər Nazirliyi (XİN) Rusiyanın Berlindəki səfiri Sergey Neçayevi nazirliyə çağırıb.

Moderator.az-ın məlumatına görə, bu barədə Almaniya XİN-in "X" sosial şəbəkəsindəki rəsmi hesabında bildirilir.

Bu addım Moskvanın digər ölkələrə öz diplomatlarını Kiyevdən çıxarmaq barədə çağırışından sonra atılıb.

Almaniya tərəfi Ukraynanı qətiyyətlə dəstəkləməyə davam edəcəyini bəyan edib. Nazirlikdən vurğulanıb ki, Almaniyanı "hədə-qorxu ilə qorxutmaq" mümkün olmayacaq.

Seçilən
10
5
moderator.az

7Mənbələr