BAKI, 26 may. TELEQRAF
Bu gün Azərbaycanın makroiqtisadi və makrofiskal sabitliyi, dayanıqlılığı tam qorunur.
Teleqraf xəbər verir ki, bu sözləri maliyyə naziri Sahil Babayev AZƏRTAC-a müsahibəsində bildirib.
Azərbaycan iqtisadiyyatının inkişafı üçün ölkənin maliyyə sisteminin geniş imkanlar yaratdığını deyən nazir bildirib: “Dörd ayın nəticələrinə baxdıqda görürük ki, bizim ümumi daxili məhsulumuz təqribən 40 milyard manata bərabər olub”. O qeyd edib ki, Azərbaycanın qeyri-neft ümumi daxili məhsulu real rəqəmlərlə götürdükdə 0,7 faiz artıb.