Azertag saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
Bakı, 26 may, AZƏRTAC
Büdcə proqnozlarının icrası uğurla davam edir. Mən xüsusi olaraq vurğulayım ki, gəlirlərimiz cari ilin 4 ayı ərzində 13,6 milyard manat təşkil edib ki, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə təqribən 100 milyon manat artıqdır.
Bu sözləri maliyyə naziri Sahil Babayev AZƏRTAC-a və AzTV-yə məxsusi müsahibəsində söyləyib.
“Həm Dövlət Vergi Xidməti, həm Dövlət Gömrük Komitəsi xətti ilə daxilolmalarda artım və proqnoza qarşı üstələmələr var. Bu da çox müsbət bir tendensiyadır”, deyə nazir əlavə edib.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.