ain.az, Ayna portalına istinadən məlumatı açıqlayır.
İki ölkə arasında Hərtərəfli Strateji Tərəfdaşlıq Xartiyası imzalanıb
Ermənistan və ABŞ TRIPP (Trampın Beynəlxalq Rifah Yolu) layihəsi çərçivəsində strateji tərəfdaşlıq haqqında çərçivə sazişini paraflayıblar və iki ölkə arasında Hərtərəfli Strateji Tərəfdaşlıq Xartiyasını imzalayıblar. AYNA.AZ erməni mediasına istinadən xəbər verir ki, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və ABŞ dövlət katibi Marko Rubio sənədləri İrəvanın Zvartnots hava limanında imzalayıblar.
Daha sonra nadir torpaq metallarının və vacib mineralların hasilatını, emalını və tədarükünü təmin etmək üçün çərçivə memorandumu imzalanıb.
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan imzalanma mərasimindən sonra bildirib ki, "davam edən ikitərəfli inkişaf proseslərini nəzərə alsaq, tərəflərin tarixən görünməmiş bir mərhələyə qədəm qoyduğunu demək mübaliğə olmazdı".
Mirzoyan bildirib ki, "hazırda həyata keçirdiyimiz və sonradan praktikada görəcəyiniz bütün razılaşmalar Ermənistan üçün açıq şəkildə faydalıdır və ölkəmiz üçün misli görünməmiş imkanlar açacaq".
Mirzoyan regiondakı digər ölkələri əməkdaşlığa qoşulmağa çağırıb. O bu gün imzalanan bütün müqavilələrin İrəvan üçün faydalı olduğunu və həm Ermənistan, həm də regiondakı konstruktiv yanaşma nümayiş etdirən və layihələrə qoşulan digər ölkələr üçün "misli görünməmiş imkanlar" açdığına əmin edib.
Qeyd edək ki, dövlət katibi Rubio həyat yoldaşı Canet ilə birlikdə bir neçə saatlıq Ermənistan paytaxtına gəlib. Rubio Hindistandan Vaşinqtona gedərkən İrəvana işgüzar səfər edib.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.