AZ

"Mançester Yunayted" müdafiə xəttini gücləndirir

"Mançester Yunayted" klubu sol cinah müdafiəsini gücləndirmək məqsədilə yay transfer siyahısının bir nömrəli namizədini müəyyənləşdirib.

Fanat.Az xəbər verir ki, "CaughtOffside" nəşrinin yaydığı məlumata görə, klubun idman direktoru Ceyson Vilkoks "Nyukasl"ın gənc müdafiəçisi Lyuis Hollun transferi üçün şəxsən təzyiqləri artırıb.

Karyerasında yeni bir səhifə açmağa isti baxan 21 yaşlı futbolçunun vəziyyətini Almaniya nəhəngi "Bavariya" da yaxından izləyir.

"Nyukasl" rəhbərliyinin gənc istedadı komandada saxlamaq istəməsinə rəğmən, təxminən 55 milyon funt-sterlinqlik bir təklif qarşısında transferə icazə verə biləcəyi iddia olunur.

Seçilən
8
fanat.az

1Mənbələr