Yaxın bir neçə gündə ölkədə bayram tətili olacaq. İnsanlar adəti üzrə bu günləri ailələri, yaxınları və sevdikləri ilə birlikdə keçirməyə hazırlaşır. Bayram münasibətilə bölgələrə səfər edənlərin sayının artacağı, şəhərlərarası yollarda nəqliyyat axınının xeyli intensivləşəcəyi gözlənilir. Hər il olduğu kimi, bu dəfə də minlərlə insan istirahət etmək, doğmalarını ziyarət etmək və bayramı bir arada keçirmək üçün yola çıxacaq.
Məhz bu səbəbdən Dövlət Yol Polisi sürücülərə indidən müraciət edərək bayram günlərində onları daha diqqətli və məsuliyyətli olmağa çağırıb, yollarda mümkün sıxlıq, hərəkət intensivliyi, bəzi ərazilərdə yarana biləcək qarışıqlıq və qəza riskləri ilə bağlı xəbərdarlıq edib.
Bəs Bakı sakinləri bayram günlərində hara gedəcək?
TV Musavat-ın əməkdaşları bu sualla Bakı sakinlərinə müraciət edib, onların rəyini öyrənib.
Hazırladığımız videosorğunu təqdim edirik:
Xalidə Gəray
Rafət Şahbazov
Musavat.com