AZ

Xətaidə ağac avtomobilin üzərinə düşdü VİDEO

ain.az xəbər verir, Avtosfer saytına əsaslanaraq.

Paytaxtın Xətai rayonunda ağac avtomobilin üzərinə aşıb.

Avtosfer.az-ın məlumatına görə, hadisə mayın 26-da saat 17:30 radələrində Nəsrəddin Tusi küçəsində qeydə alınıb.

Belə ki, qeyri-sabit hava şəraiti nəticəsində park ərazisində olan ağaclardan biri kökündən qoparaq “Hyundai” markalı avtomobilin üzərinə düşüb.

Hadisə nəticəsində nəqliyyat vasitəsinə maddi ziyan dəyib.

Xoşbəxtlikdən hadisə zamanı ətrafda heç kim olmayıb.

Nərmin

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
52
avtosfer.az

1Mənbələr