AZ

Ərdoğan Pezeşkiana zəng etdi: Regiondakı gərginlik müzakirə olundu

ain.az, Bakupost portalına istinadən məlumat verir.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə İran Prezidenti Məsud Pezeşkian arasında telefon danışığı baş tutub.

Bakupost.az Oxu.Az-a istinadla xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr Departamenti məlumat yayıb.

Bildirilib ki, liderlər Türkiyə-İran ikitərəfli münasibətlərini, həmçinin regional və qlobal prosesləri müzakirə ediblər.

Prezident Ərdoğan danışıq zamanı regionda yaşanan münaqişələr səbəbindən Qurban bayramının hüzünlü qarşılandığını vurğulayıb. O, İran xalqının bu çətin günləri geridə qoyacağına və tezliklə əmin-amanlığa qovuşacağına inandığını ifadə edib.

"Dövlət başçısı regionda sülh və sabitliyin bərqərar olunması üçün Türkiyənin qardaş ölkələrlə birlikdə çalışdığını və aparılan danışıqların müsbət nəticələnməsi üçün hər cür dəstəyi verməyə davam edəcəyini bildirib", - deyə məlumatda vurğulanıb.

Prezident Ərdoğan telefon danışığı zamanı İran liderini və xalqını Qurban bayramı münasibətilə də təbrik edib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
33
1
www.bakupost.az

4Mənbələr