AZ

Bakıda işıq dirəklərinin metal hissələrini oğurlayan şəxs saxlanılıb VİDEO

Bakı, 26 may, AZƏRTAC

Paytaxtın Nizami rayonu ərazisində işıqlandırma dirəklərinin üzərindəki metal qurğular oğurlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Nizami Rayon Polis İdarəsinin 23-cü polis şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 52 yaşlı Qadir Süleymanov müəyyən olunaraq saxlanılıb.

Araşdırmalar zamanı onun oğurladığı hissələri metal qəbulu məntəqələrinə satdığı müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
3
14
azertag.az

10Mənbələr