AZ

Edmon Marukyan: Bizə parad yox, təlimlər lazımdır

Ayna saytına istinadən ain.az xəbər verir.

"Hərbi qulluqçuların paradda nümayiş etdirdikləri silahlardan praktikada istifadə edə bilməsi üçün təlimlərə ehtiyacımız var”

“Ermənistanın hərbi parada yox, uzun müddətdir keçirilməyən hərbi təlimlərə ehtiyacı var”. AYNA.AZ erməni mediasına istinadən bildirir ki, bu sözləri "Parlaq Ermənistan" Partiyasının rəhbəri Edmon Marukyan 28 may tarixinə planlaşdırılan hərbi parad haqqında danışarkən deyib.

Onun sözlərinə görə, bu parad mövcud hökumət üçün bir növ seçkiqabağı piar taktikasıdır: "Hökumətin bir çox piar alətləri var: pensiyaların artırılmasından tutmuş minlərlə insana bonusların verilməsinə qədər. Və onlar həmçinin bu paradı xalqa öz nailiyyətləri kimi təqdim etməyə çalışacaqlar".

"Hərbi qulluqçuların paradda nümayiş etdirdikləri silahlardan praktikada istifadə edə bilməsi üçün təlimlərə ehtiyacımız var. Qonşu Azərbaycan ötən dövrdə çoxsaylı təlimlər keçirib. Bəs Ermənistan neçə təlim keçirib? Bu, ictimai məlumatdır, baxın. Bizə parad yox, təlimlər lazımdır", - deyə o yekunlaşdırıb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
17
ayna.az

1Mənbələr