AZ

Azər Türk Bank Qurban bayramı münasibətilə sosial layihə həyata keçirib FOTOLAR

ain.az, Demokrat.az portalına istinadən məlumatı açıqlayır.

Dövlət bankı Azər Türk Bank hər il bayram günlərində genişmiqyaslı sosial layihələr və xeyriyyə aksiyaları keçirir.Azərbaycan cəmiyyətində həmrəylik və qarşılıqlı yardımlaşma ənənələrinə sadiqliyi nümayiş etdirərək, hər zaman olduğu kimi bu il də Bank tərəfindən aztəminatlı ailələrə Qurban bayramı münasibətilə bayram sovqatı təqdim olunub.

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Bakı Regional Mərkəzinin təşkilati dəstəyi ilə baş tutan layihə Bakı şəhəri, Qaradağ rayonu üzrə tənha və kimsəsiz ahıl şəxsləri, aztəminatlı ailələri əhatə etmişdir.

Bank nümayəndələri sakinləri bayram münasibətilə təbrik ediblər.Azər Türk Bank Korporativ Sosial Məsuliyyət siyasəti çərçivəsində müxtəlif sosial tədbir və layihələri həyata keçirməkdə davam edəcək.Demokrat.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
3
1
demokrat.az

2Mənbələr