AZ

Millini DÇ-2026-ya aparan qol belə əbədiləşdirildi - Şəkil

style='margin-bottom:10px;'>

Şotlandiya millisinin yarımmüdafiəçisi Skott MakTominayın Danimarka ilə matçda vurduğu qol əbədiləşdirilib.

QOL.az xəbər verir ki, "Reuters"in məlumatına görə, Şotlandiya Bankı mundiala vəsiqənin rəsmiləşdiyi görüşdə (4:2) futbolçunun vurduğu revaş qoluna həsr olunmuş xüsusi 20 funt sterlinqlik xatirə əsginası təqdim edib.

Bu addım Şotlandiya millisinin 1998-ci ildən sonra ilk dəfə dünya çempionatına vəsiqə qazanmasını simvolizə edir.

Cəmi 100 nüsxədə hazırlanan əsginaslar müxtəlif xeyriyyə tədbirləri vasitəsilə azarkeşlərə təqdim olunacaq.

"Napoli"nin və millinin futbolçusu böyük qürur hissi keçirdiyini bildirib: 

"Belə şeylər tez-tez olmur. Qolumun əsginasın üzərində yer alması inanılmaz hissdir".

Qeyd edək ki, Şotlandiya millisi dünya çempionatında C qrupunda Haiti, Mərakeş və Braziliya ilə qarşılaşacaq.

Seçilən
18
1
teleqraf.com

2Mənbələr