AFFA İntizam Komitəsi Misli Premyer Liqasının 33-cü - sonuncu turunda qeydə alınan qayda pozuntularına hüququ qiymət verib.
Fanat.Az-ın məlumatına görə, 4 klub cərimələnib.
"Sumqayıt" – "Qarabağ" oyunu bitdikdən sonra meydana kənar şəxslər daxil olduğuna görə "Sumqayıt" 2500 manat ödəyəcək..
Eyni matçda "Qarabağ"ın azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyi üçün Ağdam klubu 8000 manat ziyana düşüb.
"Kəpəz" – "Neftçi" qarşılaşmasında isə Gəncə təmsilçisinin 4 futbolçusu sarı vərəqə aldığı üçün klub 700 manat cərimələnib. Oyunun 65-ci dəqiqəsində "Neftçi"nin futbolçusu İfenayi Metyu ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 1-i şərti olmaqla 2 oyunluq cəzalandırılıb. Bu səbəbdən paytaxt təmsilçisi 1000 manat cərimə edilib və futbolçuya 6 ay sınaq müddəti təyin olunub.