AZ

İmtahanda uğur qazanmağın “qida sirri” - Bunları ye, yaxşı nəticə göstər

İmtahana hazırlıq dövründə və imtahan günü düzgün qidalanma uğur şansını artırır.

Publika.az xəbər verir ki, bunu TASS-a tibb elmləri doktoru Mixail Subotyalov bildirib.

Professorun sözlərinə görə, qoz-fındıq, müxtəlif toxumlar, giləmeyvələr, yaşıl çay, tünd şokolad və kakao diqqət və yaddaşa müsbət təsir göstərir. Omeqa-3 mənbələri olan kətan toxumu, dəniz yosunu və zeytun yağı, eləcə də lesitin yaddaşı aktivləşdirir. E vitamini hüceyrələri qoruyur, qaragilə və qara qarağatdakı antosianlar isə beyində qan dövranını gücləndirir.

Mütəxəssis diqqətin artırılması üçün gündə iki fincan yaşıl çay içməyi tövsiyə edib. O qeyd edib ki, imtahandan əvvəl qara çay və qəhvədən uzaq durmaq daha faydalıdır. Çünki kofein qısa müddətli enerji versə də, sonradan sinir sistemini yorur və halsızlıq yaradır.

Subotyalov fastfud, çips, şirin qazlı içkilər və həddindən artıq yeməkdən də çəkinməyi məsləhət görüb. Onun sözlərinə görə, bu cür qidalar həzm problemləri yaradaraq ürəkbulanma və ağırlıq hissinə səbəb ola bilər ki, bu da imtahanda diqqəti toplamağa mane olur.

Seçilən
55
publika.az

1Mənbələr