AZ

“Hall Siti” mənimlə maraqlanırdı” – Mahir Emreli

Azərbaycan millisinin üzvü Mahir Emreli “CBC Sport”da yayımlanan “90 dəqiqə” verilişinin qonağı olub.

İdmanxeber.az-ın məlumatına görə, təcrübəli futbolçu maraqlı açıqlamalar edib. O, İngiltərə klubunun özünə olan marağından danışıb:

“Hall Siti” mənimlə maraqlanırdı. Klubun prezidenti ilə danışıq da oldu. Ancaq məsələ maliyyəyə gəlmədi. Səbəbi də budur ki, mətbuatda Sergey  Yakiroviçin komandaya gələcəyi yazılırdı. Mənim ona çox hörmətim var. Xarakteri olan, açıq sözlü və səmimi biridir. Amma bilirəm ki, onun sisteminə uyğun biri deyiləm. Mənim menecerim də yaşça bizdən böyükdür. Ona “yox” deyəndə küsür, inciyir (gülür). Mən də zəng vurdum Yakiroviçin köməkçisi. “Hall Siti”yə gedib-getməyəcəklərini soruşdum. O da məlumatı təsdiqlədi. Məşqçiyə dedim ki, “Hall Siti” məni istəyir. Biz hər zaman “Dinamo”da olanda bir-birimizə qarşı açıq danışmışıq. Olarmı ki, klub rəhbərliyinə deyəsiniz ki, bu futbolçu sistemimizə uyğun gəlmir. İki-üç sonra həmin köməkçi məşqçi mənə geridönüş edib dedi ki, hər futbolçu sənin elədiyini etməz. Burdan görünür ki, sən çox səmimi birisən”.

Xatırladaq ki, Yakiroviç Mahir Emrelinin “Dinamo”da  (Zaqreb) baş məşqçisi olub. O, “Hall Siti” ilə  Çempionşipdən Premyer Liqaya vəsiqə qazanıb.

Seçilən
37
idmanxeber.az

1Mənbələr