AZ

Rusiyanın Rostov vilayətindən Azərbaycana 43 ton qarışıq yem ixrac edilib

Azertag saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Moskva, 26 may, AZƏRTAC

“Rosselxoznadzor” mütəxəssisləri Rusiyanın Rostov vilayətindən Azərbaycana ixrac üçün 43 ton qarışıq yem ixracını təsdiqləyiblər.

AZƏRTAC “Rosselxoznadzor”un Rostov, Volqoqrad, Həştərxan vilayətləri və Kalmık Respublikası üzrə idarəsinin mətbuat xidmətinə istinadla xəbər verir ki, 18-22 may tarixlərində Azərbaycana göndərilən məhsul partiyaları Rostov vilayətindəki gömrük rəsmiləşdirmə məntəqələrində yoxlanılıb və rəsmiləşdirilib.

Məlumata görə, məhsullar baytarlıq və sanitariya baxımından təhlükəsiz hesab edilib və idxal edən ölkənin tələblərinə tam cavab verir.

Qarışıq yemin keyfiyyəti və təhlükəsizliyi “Kənd Təsərrüfatı Məhsullarının Təhlükəsizliyi və Keyfiyyətinin Qiymətləndirilməsi üzrə Federal Mərkəz”in Federal Dövlət Büdcə Qurumunun Don filialının sınaq laboratoriyasında aparılan laboratoriya sınaqları ilə təsdiqlənib.

Fəridə Abdullayeva

AZERTAC-ın xüsusi müxbiri

Moskva

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
38
1
azertag.az

2Mənbələr