AZ

Şoyqu: ““Oreşnik” raket sisteminin Belarusda yerləşdirilməsi...”

ain.az, Cebheinfo portalına istinadən məlumat yayır.

Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu bəyan edib ki, Rusiyanın qeyri-strateji nüvə silahlarının və "Oreşnik" raket sistemlərinin Belarusda yerləşdirilməsi Qərbə qarşı çəkindirici təsirini əhəmiyyətli dərəcədə artırıb.

"Cebheinfo.az" xəbər verir ki, Belarus Təhlükəsizlik Şurasının dövlət katibi Aleksandr Volfoviç ilə keçirdiyi görüşdə çıxış edən Şoyqu bildirib ki, Vladimir Putin və Aleksandr Lukaşenkonun qərarı ilə Rusiyanın qeyri-strateji nüvə silahlarının və "Oreşnik" raket sisteminin Belarusda yerləşdirilməsi, hərbi ekspertlərin rəyinə görə, çəkindirici təsiri mühüm dərəcədə gücləndirib.

Şoyqu qeyd edib ki, bu təsir mütəmadi olaraqmöhkəmləndirilməlidir. O, xatırladıb ki, mayın 19-21-də Rusiya və Belarus silahlı qüvvələri bu cür sistemlərin tətbiqi üzrə birgə praktiki təlimlər keçiriblər.

Ümumilikdə, Rusiya və Belarus arasında hərbi və hərbi-texniki əməkdaşlığın, qismən də Qərbin kollektiv siyasəti sayəsində bütün istiqamətlərdə inkişaf etdiyini deyən Şoyqu, bu tərəfdaşlığın yüksək səviyyədə olduğunu vurğulayıb.

Nigar Hacılı 

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
3
1
cebheinfo.az

2Mənbələr