"Neftçi" daha 3 futbolçusunun yeni mövsümdə heyətdə olmayacağını açıqlayıb.
Fanat.Az "ağ-qaralar"ın mətbuat xidmətinə istinadən xəbər verir ki, bunlar hücumçu Vensan Abubakar, yarımmüdafiəçi Edvin Kuç və sağ cinah müdafiəçisi Kristian Kostindir.
Hər üç oyunçunun müqaviləsinin müddəti yenilənməyib.
2025-ci ilin oktyabrında azad agent qismində heyətə qatılmış Abubakar bakılıların heyətində 18 rəsmi matçda 9 qol vurub. O, Misli Premyer Liqasında meydana çıxdığı 16 oyunda 7 qola imza atmaqla ortalama qol sayına görə 2025/2026 mövsümünün ən yaxşılarındandır.
2024-cü ilin yayında transfer olunmuş Kuç "xalq komandası"nın sıralarında 44 rəsmi oyunda 1 qolla yadda qalıbsa, Kostin isə 2025-ci ilin yayından bəri cəmi 7 rəsmi matçda forma geyinib.