AZ

ABB Invest 2025-ci il üzrə müsbət maliyyə nəticəsi açıqlamışdır

“ABB-İnvest İnvestisiya Şirkəti” QSC (Şirkət və ya ABB Invest) 2025-ci maliyyə ili üzrə illik hesabatını açıqlayıb.

Banker.az xəbər verir ki, Şirkət 2025-ci ildə xalis faiz gəlirlərini əvvəlki il ilə müqayisədə 16%, qeyri-faiz gəlirlərini isə 8% artırmışdır.

Eyni zamanda, Şirkətin balansında olan qiymətli kağızların ədalətli dəyərində də artım qeydə alınmışdır. Nəticədə Şirkətin hesabat dövrü üzrə məcmu gəliri 37% artaraq 2,67 milyon manat təşkil etmişdir. Artım məcmu və xalis aktivlərin həcmində də müşahidə edilmişdir. Belə ki, Şirkətin məcmu aktivləri 2025-ci ildə 15%, xalis aktivləri isə 40% artaraq müvafiq olaraq 30,1 və 9,3 milyon manat təşkil etmişdir.

Qeyd edək ki, ABB Invest 2020-ci ildə ABB tərəfindən təsis edilmiş, lisenziya əsasında fiziki və hüquqi şəxslərə investisiya xidmətləri göstərir və öz adına və hesabına qiymətli kağızlarla müxtəlif əməliyyatlar aparır. Şirkət Bakı Fond Birjası QSC, Azərbaycan Respublikasının Milli Depozit Mərkəzi və AKBA-nın (Azərbaycan Kapital Bazarları Assosiasiyası) tam hüquqlu üzvüdür.

Şirkətin 2025-ci il üzrə maliyyə hesabatı ilə ətraflı tanış olmaq üçün: https://abbinvest.az/storage/uploads/files/1779781163_abb-invest-report-aze.pdf

Seçilən
76
banker.az

1Mənbələr