Məşhur aktyor özündən 26 yaşlı modellə sevgilidir
Uzun illər qalmaqallı münasibətləri ilə diqqət çəkən 70 yaşlı aktyor Mel Gibson son olaraq 35 yaşlı Rosalind Ross ilə 9 illik münasibətini başa vurmuşdu. Cütlük ayrılıqlarını təsdiqləyərək bu mərhələni “həyatlarının bir hissəsinin sonu” kimi qiymətləndirmişdi. Onların 8 yaşlı Lars adlı bir oğulları var və hər iki tərəf uşaqlarının tərbiyəsini birlikdə davam etdirəcəklərini bildirmişdi.
Demokrat.az xəbər verir ki, ayrılıqdan sonra Gibsonun bir müddət şəxsi həyatını daha sakit saxlayacağı gözlənilsə də, aktyorun Romada 44 yaşlı italyan aktrisa Antonella Salvucci ilə görüntüləndiyi iddia olunur. Məlumatlara görə, Gibson “İsanın Dirilişi: Birinci hissə” filminin çəkilişləri üçün Romada olduğu vaxt Salvucci ilə bir restoranda yemək yeyib və daha sonra şəhərdə birlikdə gəzib.
İddialara əsasən, cütlük Roma küçələrində əl-ələ gəzərkən və bəzi ictimai yerlərdə kameralar tərəfindən görüntülənib. Lakin daha sonra yayılan məlumatlarda Mel Gibsonun hazırda rəsmi münasibətdə olmadığı, Antonella Salvucci ilə isə sadəcə dostluq çərçivəsində görüşdüyü də qeyd edilib.
Aktyorun yaxın çevrəsindən olan bəzi mənbələr isə onun daha əvvəl verdiyi “gənc partnyorlarla münasibətlərdən uzaq durmaq” fikrinə baxmayaraq, şəxsi həyatında yenidən romantik münasibətlərə açıq olduğunu bildirir.
Antonella Salvucci isə model, televiziya aparıcısı və bir sıra qorxu filmlərində rol almış aktrisa kimi tanınır.
Mel Gibson əvvəllər 31 il Robyn Moore ilə evli olub və bu evlilikdən bir neçə övladı var. O, həmçinin rusiyalı müğənni Oksana Qriqoryeva ilə də münasibəti ilə uzun müddət mətbuatın gündəmində olmuşdu.
“Braveheart” və “Mad Max” kimi filmlərlə dünya şöhrəti qazanan aktyorun ümumilikdə üç fərqli münasibətdən doqquz övladı var.
Jalə
Demokrat.az