AZ

Deputatlarımız  NATO Parlament Assambleyasının yaz sessiyasına qatılacaqlar

Milli Məclisin NATO Parlament Assambleyasında (NATO PA) nümayəndə heyətinin rəhbəri Ramid Namazov, nümayəndə heyətinin üzvləri Tahir Mirkişili, Könül Nurullayeva, Kamran Bayramov və Samir Vəliyev bu qurumun yaz sessiyasında iştirak etmək məqsədilə mayın 28-də Litva Respublikasının Vilnüs şəhərinə səfər edəcəklər.
Sessiya çərçivəsində NATO PA-nın  Daimi, Siyasi, İqtisadiyyat və təhlükəsizlik, Elm və texnologiya, Müdafiə və təhlükəsizlik, Demokratiya və təhlükəsizlik komitələrinin toplantıları keçiriləcək. İclaslarda müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığının genişləndirilməsi, innovativ texnologiyaların hərbi sahədə tətbiqi, tədqiqat təhlükəsizliyi, kritik infrastrukturun qorunması, terrorizmlə mübarizə, NATO-nun gələcək müdafiə qabiliyyətlərinin formalaşdırılması ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılacaq. 
Səfər iyunun 1-də başa çatacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
29
2
olaylar.az

3Mənbələr