Azərbaycan Premyer Liqasının 2025/2026 mövsümündə futbolçuları ən çox qırmızı vərəqə ilə cəzalandırılan komandalar bəlli olub.
"Far.Az"un araşdırmasına əsasən, "Neftçi" bu siyahıda liderdir.
"Ağ-qaralar"ın oyunçuları 33 tur ərzində 5 dəfə qırmızı vərəqə ilə üzləşiblər.
"Kəpəz" 4 qırmızı vərəqə ilə ikinci pillədə yer alıb. "Sabah", "Qəbələ" və "Sumqayıt" isə hər biri 3 qırmızı vərəqə ilə sonrakı sıraları bölüşüblər.
"İmişli" və "Şamaxı"nın oyunçuları 2 dəfə bu cəza ilə rastlaşıblar.
"Araz-Naxçıvan", "Zirə", "Turan Tovuz", "Qarabağ" və "Karvan-Yevlax"ın futbolçuları isə mövsüm ərzində 1 dəfə qırmızı vərəqə alıblar.
Qeyd edək ki, statistikada həm ikinci sarı vərəqəyə, həm də birbaşa qırmızı vərəqəyə görə meydandan uzaqlaşdırılanlar nəzərə alınıb.