AZ

Belçikada məktəb avtobusu və qatarın toqquşması nəticəsində 4 nəfər ölüb - YENİLƏNİB

Məktəb avtobusu Buqqenhautda (Belçika) qapalı dəmiryolu keçidində qatarla toqquşub, nəticədə 4 nəfər, o cümlədən 2 uşaq ölüb.

"Far.Az" xəbər verir ki, bu barədə RTBF portalı məlumat yayıb.

Yol-nəqliyyat hadisəsinin başvermə şəraiti araşdırılır.

"Müşahidə kameraları göstərir ki, svetoforda qırmızı işıq yanırmış və şlaqbaum endirilmiş vəziyyətdə imiş. Qatarın maşinisti də təcili tormozlamadan istifadə edib, lakin toqquşmanın qarşısını almaq mümkün olmayıb", - "Infrabel" (dəmiryolu operatoru) şirkətindən bildirilib.

Antverpen və Brüssel (Belçika) arasında yerləşən Buqqenhaut şəhərindəki dəmir yolu keçidində qatar məktəb avtobusu ilə toqquşub, nəticədə bir neçə nəfər həlak olub.

"Far.Az"un məlumatına görə, bu barədə "Bild" nəşri xəbər verib.

Həlak olanların və yaralananların dəqiq sayı açıqlanmır. Qatarın təxminən 100 sərnişini təxliyə edilib və onlara tibbi yardım göstərilir.

Bildirilib ki, kiçik məktəb avtobusunda yeddi şagird, sürücü və bir müşayiətçi olub.

Seçilən
14
1
far.az

2Mənbələr