AZ

​Şoyqunun “qara kassa”sının milyardları müsadirə olundu Kreml məhkəmə qərarını “gizlədir”

Azpolitika.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Keçmiş müdafiə naziri Sergey Şoqunun “qara kassa”sı hesab edilən müavini Ruslan Tsalikova məxsus 5,5 milyard rubl dəyərində əmlakı müsadirə edilib. 

“AzPolitika” xəbər verir ki, bu barədə məlumat verən müstəqil kanallar, Kremlin həmin məlumatın dövlət mediasında yayılmasının əleyhinə olduğunu yazıblar.

Məlumata görə, Moskvanın Nikulinski Rayon Məhkəməsi Baş Prokurorluğun Ruslan Tsalikov və onun ailə üzvlərinə qarşı iddiasını tam təmin edib. Məhkəmə qərarı "Ostorojno Novosti" qəzeti tərəfindən dərc edilib.

Qəzetin qeyd etdiyi kimi, dövlət mediası qərarı paylaşmayıb. Bu onunla əlaqələndirilir ki, sözügedən qərarın yayılması müdafiə sektorundakı bəzi məxfi məsələləri açmaqla yanaşı, ordudakı bərbad vəziyyəti və korrupsiyanı da ifşa edir.

Məhkəmə qərarına əsasən Tsalikovun 5,5 milyard rubl dəyərində əmlakı və vəsaiti müsadirə edilib. Bu əmlakın əksəriyyəti (3,4 milyard rubl) Müdafiə Nazirliyi ilə milyardlarla rublluq müqavilələr bağlayan “Sandora” şirkətinin aktivlərinə aiddir.

Baş Prokurorluq bildirib ki, müdafiə nazirinin müavini vəzifəsini tutduqdan sonra Tsalikov "öz səlahiyyətlərindən dövlətin ziyanına, özü və qohumları üçün şəxsi varlanma məqsədi ilə istifadə etmək qərarına gəlib".

Xatırladaq ki, Ruslan Tsalikovun həbsi qərarı mart ayında verilib.

“AzPolitika.info”

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
14
azpolitika.info

1Mənbələr