AZ

Belçikada qatar məktəb servisi ilə toqquşdu: Ölən və yaralananlar var

Belçikada
Belçikanın Şərqi Flandriya əyalətində qatarın məktəb servisi ilə toqquşması nəticəsində 2-si uşaq olmaqla 4 nəfər ölüb. 1news.az xarici mətbuata istinadən xəbər verir ki, hadisə Buqqenhaut bölgəsində səhər saatlarında baş verib. Servisdə ümumilikdə 9 nəfərin olduğu, qatardakı təxminən 100 sərnişinin isə təxliyə edildiyi bildirilib.
Belçika rəsmilərinin məlumatına görə, servis bağlı dəmiryolu keçidinə daxil olub. Qatar maşinisti təcili əyləc versə də, qəzanın qarşısını almaq mümkün olmayıb.

Rəsmilər hadisəni ölkədə baş verən ən ağır dəmiryolu keçidi qəzalarından biri adlandırıblar.

Seçilən
10
1news.az

1Mənbələr