AZ

Qatar məktəbliləri daşıyan mikroavtobusla toqquşub - Ölənlər var - VİDEO

Belçikanın Büggenhaut şəhərində qatar içərisində məktəblilər olan mikroavtobusla toqquşub. Hadisə nəticəsində bir neçə nəfərin öldüyü bildirilir.

Moderator.az xəbər verir ki, bu barədə Belçikanın VRT telekanalı məlumat yayıb.

Qəza səhər saat 8:15-də (Bakı vaxtı ilə 10:15) Veyrheyzen ərazisindəki dəmiryol keçidində olub. Dəmiryol infrastrukturunun operatoru olan "Infrabel" şirkəti insidentin baş verdiyini təsdiqləyib.

Hadisə nəticəsində ölənlərin sayı hazırda müəyyənləşdirilir. Fövqəladə hallar xidmətləri ərazidə işlərini davam etdirirlər.

"Infrabel" şirkətindən bildirilib ki, toqquşma anında keçid bağlı olub: şlaqbaumlar endirilib, işıqfor qırmızı siqnal verib. Mikroavtobusun hansı şəraitdə relslərin üzərinə çıxması isə polis və prokurorluq tərəfindən araşdırılır.

Müşahidə kameraları da qəza zamanı keçidin qapalı olduğunu təsdiqləyib. Operatorun sözlərinə görə, maşinist təcili tormozlama sistemini işə salsa da, toqquşmanın qarşısını almaq mümkün olmayıb.

Qatarın 100-ə yaxın sərnişini təxliyə edilərək yanğından mühafizə xidmətinin binasına yerləşdirilib və onlara lazımi köməklik göstərilir. Bir nəfərin şok vəziyyətində olduğu qeyd edilir.

Dendermonde və Londerzel arasındakı dəmiryol əlaqəsində ciddi fasilələr yaranıb, bu səbəbdən alternativ avtobus marşrutları təşkil olunub.

 

Seçilən
9
1
moderator.az

2Mənbələr