AZ

"Neftçi"nin futbolçusunun cəzası məlum oldu

style='margin-bottom:10px;'>

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.

QOL.az PFL-in saytına istinadən xəbər verir ki, iclasda Misli Premyer Liqasının son - 33-cü turundakı qayda pozuntuları ilə bağlı qərarlar qəbul edilib.

“Sumqayıt” – “Qarabağ” oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “gənclik şəhəri” təmsilçisi 2500 manat cərimələnib.

Bu matçda “Qarabağ” azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə Ağdam klubu 8000 manat cərimə edilib.

“Kəpəz” – “Neftçi” oyununda 4 futbolçusu sarı vərəqə aldığı üçün “Kəpəz” 700 manat cərimələnib.

Həmin görüşün 65-ci dəqiqəsində “Neftçi”nin 18 nömrəli futbolçusu İfenayi Metyu ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun şərti olmaqla 2 oyunluq cəzalandırılıb. “Neftçi” isə 1000 manat cərimələnib. Sınaq müddəti 6 ay təyin edilib.

Seçilən
17
teleqraf.com

1Mənbələr