AZ

Həkim spirtli içkiyə qarşı allergiya əlamətləri aşkar etdi - çoxları xəbərsizdir

Qastroenteroloq Yekaterina Kaşuxun sözlərinə görə, bəzi insanlarda spirtli içki qəbulundan sonra yaranan reaksiyalar allergiya ilə əlaqəli ola bilər.

E-saglam.az xəbər verir ki, mütəxəssis bildirib ki, ən çox rast gəlinən əlamətlər üz və boyunda qızartı, qaşınma və səpgilərdir. Dodaqların, göz qapaqlarının, hətta bəzi hallarda boğazın şişməsi də allergik reaksiyanın əlaməti hesab olunur.

Həkimin sözlərinə görə, bəzi insanlarda spirtli içkidən sonra asqırma, öskürək, nəfəs darlığı, ürək döyüntüsünün sürətlənməsi, baş ağrısı və başgicəllənmə də yarana bilər. Həmçinin ürəkbulanma, mədə narahatlığı və həzm problemləri müşahidə oluna bilər.

Qastroenteroloq qeyd edib ki, bu reaksiyaların təhlükəli tərəfi onların gözlənilmədən ortaya çıxmasıdır. İnsan əvvəllər problem yaşamadığı içkiyə qarşı sonradan allergik reaksiya verə bilər.

Mütəxəssis xəbərdarlıq edib ki, spirtli içkilər xüsusilə astma və mədə-bağırsaq xəstəlikləri olan insanlarda vəziyyəti daha da ağırlaşdıra bilər. Buna görə belə əlamətlər müşahidə olunduqda həkimə müraciət etmək vacibdir.

Tərcümə: Könül Oruc

E-saglam.az 

Seçilən
10
e-saglam.az

1Mənbələr