"Qarabağ" Misli Premyer Liqasının 2025/2026 mövsümündə ev oyunlarında azarkeş sayına görə lider olub.
Moderator.az Peşəkar Futbol Liqasına istinadən xəbər verir ki, son mövsümün oyunlarını ümumilikdə 285 min 778 tamaşaçı izləyib.
Nəticəsi ləğv olunan "İmişli" - "Sumqayıt" matçı nəzərə alınmaqla baş tutan 198 görüşdə orta göstərici 1443-ə bərabər olub.
Ən çox azarkeş XXVIII turun "Qarabağ" - "Sabah" görüşündə qeydə alınıb. Aprelin 18-də Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən qarşılaşmada 17 min 338 izləyici olub. Bu komandaların eyni arenada baş tutan XXII turdakı matçı siyahıda ikincidir. Martın 1-də baş tutan oyunu 10 min 361 tamaşaçı seyr edib.
Ən çox izləyici toplayan iki matçın ev sahibi olan "Qarabağ" öz meydanındakı oyunlardakı tamaşaçı sayında da 1-ci olub. Ümumilikdə 51 min 167 tamaşaçı toplayan Ağdam klubunun orta göstəricisi 3010-a bərabər olub.
"Neftçi" tamaşaçı sayında 2-ci yeri tutub - 44 min 693 (orta göstərici - 2793). İlk "üçlüy"ü "Sumqayıt" qapayıb - 39 min 560 (orta göstərici - 2473)
| № | Klub | Tamaşaçı | Oyun | Orta |
|---|---|---|---|---|
| 1 | Qarabağ FK | 51,167 | 17 | 3,010 |
| 2 | Neftçi PFK | 44,693 | 16 | 2,793 |
| 3 | Sumqayıt FK | 39,560 | 16 | 2,473 |
| 4 | Turan Tovuz | 34,550 | 16 | 2,159 |
| 5 | Karvan-Yevlax FK | 27,380 | 17 | 1,611 |
| 6 | Sabah FK | 23,623 | 17 | 1,390 |
| 7 | Şamaxı FK | 18,150 | 17 | 1,068 |
| 8 | Kəpəz PFK | 13,150 | 16 | 822 |
| 9 | Zirə FK | 12,350 | 17 | 726 |
| 10 | Qəbələ FK | 9,670 | 16 | 604 |
| 11 | İmişli FK | 7,765 | 16 | 485 |
| 12 | Araz-Naxçıvan PFK | 3,720 | 17 | 219 |
| Cəmi | 285,778 | 198 | 1,443 |