525.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
"Son beş ildə 70 kilometr tunelin çəkilməsi, yüzlərlə körpünün inşası, üç beynəlxalq hava limanının istifadəyə verilməsi, dəmir yollarının və enerji infrastrukturunun qurulması regionun iqtisadi reinteqrasiyasını sürətləndirir. Bu layihələr Qarabağ və Şərqi Zəngəzurun gələcəkdə Azərbaycanın əsas iqtisadi və logistika mərkəzlərindən birinə çevrilməsi üçün mühüm zəmin yaradır".
Bunu 525.az-a millət vəkili Tahir Mirkişili söyləyib. Millət vəkili bildirib ki, bölgədə yaradılan sənaye zonaları, “ağıllı şəhər” və “ağıllı kənd” layihələri, yaşıl enerji konsepsiyası yeni iqtisadi modelin formalaşdırılmasına xidmət edir:
"Prezident İlham Əliyevin vurğuladığı kimi, Böyük Qayıdış Proqramı çərçivəsində artıq 85 mindən çox insan öz doğma torpaqlarına qayıdıb. Bu isə yalnız sosial deyil, həm də iqtisadi aktivliyin bərpası deməkdir. Məşğulluğun təmin edilməsi, sahibkarlıq mühitinin formalaşdırılması və yeni istehsal sahələrinin yaradılması regionun dayanıqlı inkişafında əsas rol oynayır".
Sevinc Qarayeva
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.