AZ

Polşa “Patriot” raketlərinin istehsalı üçün ABŞ dən ilkin razılıq aldı

Bizimyol portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Polşa ABŞ Dövlət Departamentindən "MIM-104 Patriot" hava hücumundan müdafiə sistemi üçün raketlərin istehsalına dair ilkin razılıq əldə edib.

Bizimyol.info xəbər verir ki, bu barədə Polşanın müdafiə nazirinin müavini Cezary Tomçik TVN24 telekanalına açıqlamasında bildirib.

Tomçikin sözlərinə görə, raketlərin istehsalı Polşanın müdafiə sənayesi müəssisələrində həyata keçirilə bilər və ölkə bunun üçün kifayət qədər texniki imkanlara malikdir.

“Biz ABŞ Dövlət Departamentindən “Patriot” sistemi üçün raket istehsalına ilkin razılıq almışıq. Bu raketlər Polşa müdafiə sənayesi tərəfindən istehsal oluna bilər. Polşa ərazisində bunun üçün lazımi imkanlarımız var”, – deyə o qeyd edib.

Nazir müavini əlavə edib ki, layihə çərçivəsində Polşa-Amerika birgə konsorsiumunun yaradılması da mümkündür. Onun sözlərinə görə, bu əməkdaşlıq həm Polşa, həm də ABŞ üçün iqtisadi baxımdan faydalı ola bilər.

“Bu, ortaq istehsal formatında həyata keçirilə bilər və həm polyaklar, həm də amerikalılar bundan gəlir əldə edə bilərlər”, – deyə Tomçik vurğulayıb.

Məlumata görə, ilkin razılıq may ayında Polşa müdafiə nazirinin müavinləri Cezari Tomçik və Pavel Zalevskinin ABŞ-a səfəri zamanı əldə olunub.

Telekanalın məlumatına görə, söhbət uzaqmənzilli "PAC-3 MSE" tipli raket-tutucuların istehsalından gedir. Bu raketlər “Patriot” hava müdafiə sisteminin ən müasir komponentlərindən biri hesab olunur.

Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
9
bizimyol.info

1Mənbələr