AZ

Rusiyada yeni qanun – Postsovet məkanına HÜCUM planı..

Xəbər verildiyi kimi, Kreml lideri Vladimir Putin xarici ölkələrdə saxlanılan və ya mühakimə olunan Rusiya vətəndaşlarının “qorunması” məqsədilə ordu qüvvələrinin istifadəsinə imkan verən qanunu imzalayıb. Sənədə əsasən, Moskvanın tərəf olmadığı beynəlxalq müqavilə və ya BMT Təhlükəsizlik Şurasının qərarı olmadan xarici məhkəmələrin çıxardığı qərarlar əsasında həbs edilən, saxlanılan və ya mühakimə olunan Rusiya vətəndaşlarının müdafiəsi üçün hərbi qüvvələrdən istifadə oluna biləcək.

Bəs Rusiyanın vətəndaşlarını “qorumaq” adı altında hərbi güc tətbiqi hansı nəticələrə yol aça bilər? Moskva bununla dünyaya hansı mesajı verir?

O Keçmiş nazir - Medianews.az" />

Professor Fikrət Yusifov Musavat.com-a ritorik sual olaraq deyib ki, Rusiya nə vaxt beynəlxalq qanunlara hörmət edib: “Onun keçmiş sovet ölkələrinə qarşı son 35 ildə törətdiyi hərbi təxribatlar, Ukraynaya qarşı işğalçı müharibəsi hansı beynəlxalq qanunlara uyğun ola bilər? Rusiya imperialist dövlət kimi siyasi əxlaqdan uzaq əməllərin altından məmnuniyyətlə imza atır.
İndi qəbul edilən yeni qanunla da Rusiyanın azğınlığının yeni mərhələsi başlayır. Dünya birliyi bu yerdə öz sözünü deməlidir. ABŞ, Avropa İttifaqı Rusiyanın bir təhlükəli dövlət kimi məhv edilməsi istiqamətində kəsərli addımlar atmasalar, Putinin beynəlxalq qaydalara zidd əməlləri sonradan bir çox dövlətlər üçün ciddi problemə çevriləcək”.

Mütəxəssis bildirib ki, bu sənəd rusların başqa ölkələrin ərazisində özünü daha tərbiyəsiz aparmasına yol açır: “Bu fonda Ukrayna müharibəsinin tezliklə bitməsini istəmirəm. Çünki bu müharibə nəticəsində yaranmış tarixi şəraitdə Rusiyanı məhv edə biləcək bir güc varsa, o da Ukrayna ordusudur. Bu gün dünya Ukraynanı bu yolda dəstəkləməlidir. Ukrayna yalnız öz torpaqlarını işğaldan azad etmək üçün vuruşmur, həm də bəşəriyyətin “bətnindən rus xərçənginin kəsilib atılması” yolunda mücadilə edir”.


Cavanşir Abbaslı
Musavat.com

Seçilən
29
50
musavat.com

10Mənbələr