Türk musiqisinin tanınmış simalarından olan Sibel Can son konsertindəki enerjisi və səhnə performansı ilə yenidən diqqət mərkəzinə düşüb.
Sonxeber.az xarici mediaya istinadla xəbər verir ki, 55 yaşlı sənətçi konsert boyunca nümayiş etdirdiyi rəqslər və şən davranışları ilə izləyicilərin rəğbətini qazanıb. Sevilən mahnılarını səsləndirən Sibel Can tamaşaçılarla tez-tez ünsiyyət quraraq salonda unudulmaz anlar yaşadıb.
Səhnədəki bitməyən enerjisi ilə alqış toplayan sənətçi sosial şəbəkələrdə də geniş müzakirə olunub. Konsertdən yayılan görüntülər qısa müddətdə böyük maraq görərkən, izləyicilər "İllər ona yarayır", "Səhnənin ən enerjili isimlərindən biridir" kimi rəylər yazıblar.
İllərdir səhnə performansları ilə gündəmdə olan Sibel Can, son görüntüləri ilə də adından söz etdirməyi bacarıb. Sənətçinin səhnədəki coşqusu və rəqsləri pərəstişkarları tərəfindən böyük bəyənmə ilə qarşılanıb.