AZ

İran məhkəməsi İsrail üçün casusluqda ittiham olunan şəxsi edam edib

Hökm Ali Məhkəmə tərəfindən təsdiqləndikdən sonra icra olunub...

Poliqon xəbər verir ki, İran məhkəməsi İsrailin xeyrinə casusluqda ittiham olunan bir şəxsi ölüm cəzasına məhkum edib. Bu barədə məlumat Tasnim Agentliyi tərəfindən yayımlanıb.

Bildirilir ki, Qolamreza Hani Şekarab barəsində çıxarılan hökm ölkənin Ali Məhkəməsi tərəfindən təsdiqləndikdən sonra icra olunub. Onun İsrail kəşfiyyat orqanları ilə əməkdaşlıq etdiyi iddia edilir.

İran rəsmiləri son illərdə ölkənin təhlükəsizlik strukturlarına qarşı kəşfiyyat fəaliyyətlərinin artdığını bildirir və belə halların dövlət təhlükəsizliyinə ciddi təhdid kimi qiymətləndirildiyini vurğulayırlar. Tehran bu cür ittihamlar üzrə məhkəmə proseslərinin milli təhlükəsizlik qanunvericiliyinə uyğun aparıldığını açıqlayıb.

Qeyd edək ki, İsrail və İran arasında uzun illərdir davam edən kəskin siyasi və təhlükəsizlik gərginliyi fonunda casusluq ittihamları tez-tez gündəmə gəlir. Rəsmi Tehran İsraili ölkə daxilində sabitliyi pozmağa yönəlmiş gizli əməliyyatlarda ittiham edir.

İnsan hüquqları təşkilatları isə bu cür işlərdə məhkəmə proseslərinin şəffaflığı və ədalətli mühakimə standartları ilə bağlı narahatlıqlarını vaxtaşırı ifadə edirlər.

Poliqon.info

Seçilən
34
poliqon.info

1Mənbələr