AZ

Molekulyar Biologiya İnstitutunda Müstəqillik Günü qeyd olunub

ain.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 26 may, AZƏRTAC

Mayın 26-da Elm və Təhsil Nazirliyinin Molekulyar Biologiya İnstitutunda 28 May – Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilib.

Əvvəlcə Dövlət Himni səsləndirilib, Vətənin azadlığı uğrunda canından keçən bütün şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Müstəqillik Gününə həsr edilən videoçarx nümayiş olunub.

Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib.

Tədbirdə Molekulyar Biologiya İnstitutunun elmi katibi biologiya üzrə fəlsəfə doktoru, dosent Durna Əliyeva çıxış edərək Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından, tarixi əhəmiyyətindən, o cümlədən müstəqil Azərbaycanın regionda və beynəlxalq arenada artan nüfuzundan söz açıb. O qeyd edib ki, 1918-ci il mayın 28-də müsəlman Şərqində ilk demokratik və ilk parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması xalqımızın həyatında yeni bir mərhələnin başlanğıcı oldu. Cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq Azərbaycan Xalq Cümhuriyyəti müstəqil dövlətçiliyimizin əsaslarının yaradılmasında böyük əhəmiyyət kəsb edib.

Tədbirdə AMEA-nın müxbir üzvləri İbrahim Əzizov, Pənah Muradov, biologiya elmləri doktoru Könül Baxşəliyeva, biologiya üzrə fəlsəfə doktorları Ələmdar Məmmədov, Taliyyə Orucova, kadrlar üzrə mütəxəssis Mehriban Əhmədova Azərbaycan Xalq Cümhuriyyəti dövründə həyata keçirilmiş islahatlardan, milli dövlətçilik ənənələrinin formalaşmasında Cümhuriyyət rəhbərlərinin tarixi xidmətlərindən bəhs ediblər. Qeyd olunub ki, Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması dövlətçilik tariximizin ən şanlı səhifələrindən biridir.

Çıxış edənlər, həmçinin Prezident İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılan şanlı Qələbədən söz açıb, 2023-cü ildə Azərbaycanın öz dövlət suverenliyini tam bərpa etdiyini vurğulayıblar.

Çıxışlarda Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanılmasında və bərpa olunmasında Ulu Öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin mühüm xidmətləri diqqətə çatdırılıb, dövlət müstəqilliyinin bərpa edilməsi xalqımızın tarixində böyük hadisə kimi qiymətləndirilib. Bildirilib ki, Müstəqillik Günü hər bir azərbaycanlı üçün qürur mənbəyi, milli birliyin təcəssümüdür. Böyük mübarizələr hesabına qazanılan dövlət müstəqilliyini qoruyub saxlamaq və gələcək nəsillərə ötürmək hamımızın müqəddəs borcudur.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
7
azertag.az

1Mənbələr