AZ

Bu qadınlar pensiyaya 60 yaşında çıxsın Təklif

ain.az bildirir, Moderator.az saytına əsaslanaraq.

Qadınların erkən pensiyaya çıxması məsələsi getdikcə aktuallaşacaq.

Moderator.az Oxu.az-a istinadla xəbər verir ki, bu sözləri deputat Əli Məsimli "Gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən icra hakimiyyəti orqanının 2025-ci ildə fəaliyyəti haqqında məlumat"ın müzakirəsi zamanı deyib.

O bildirib ki, hazırda ölkədə qadınların pensiya yaşı 65-dir ki, bu da MDB məkanında yüksəkdir:

"Azərbaycanda beş və daha çox övladı olan ailə çoxuşaqlı hesab olunur. Belə ailələrin xüsusi çəkisi 3%-in altındadır. Ona görə də çoxuşaqlı ailə modeli beşdən üç uşağa endirilsə, bu, analara beş il tez pensiyaya çıxmaq hüququ qazandıracaq".

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
12
5
moderator.az

8Mənbələr