AZ

Növbəti köç karvanı Ağdam şəhərinə çatıb YENİLƏNİB

Apa.az saytına istinadən ain.az xəbər verir.

Növbəti köç karvanı Ağdam şəhərinə çatıb.

APA-nın Qarabağ bürosu xəbər verir ki, bu mərhələdə Ağdam şəhərinə 110 ailə (417 nəfər) köçürülüb.

***

06.30

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.

APA xəbər verir ki, Ağdam şəhərinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Bu mərhələdə Ağdam şəhərinə 110 ailə (417 nəfər) köçürülüb. Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər.

Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
23
49
apa.az

10Mənbələr