Yeni mövsümə daha iddialı heyətlə başlamaq istəyən "Neftçi" transfer çalışmalarını davam etdirir.
Sportal.az saytının əldə etdiyi məlumata görə, "Neftçi"nin maraq dairəsində olan futbolçulardan biri də Ayxan Hüseynovdur. "Turan Tovuz"la müqaviləsi bitən milli üzvü anlaşmanı yeniləmək istəməyib. Daha dəqiq desək, tərəflər maaş məsələsində ortaq məxrəcə gələ bilməyib.
Rəsmi açıqlama verilməsə də, bir neçə gün əvvəl Rüfət Abbasovun keçidini həll edən "Neftçi" Hüseynovu da heyətinə qatmaqda israrlıdır.
Qeyd edək ki, "Turan Tovuz" və "Neftçi" ilə yanaşı Premyer Liqanın daha iki klubu Ayxan Hüseynovun keçidində maraqlıdır.
saytlarin hazirlanmasi