AZ

"Sabah"a məxsus olan futbolçu: "Bu klubda daha çox oynadım, düzgün qərar vermişəm"

"Son tura qədər əlimizdən gələni etdik. Açığı, son turlarda yaxşı mübarizə aparmağa başladıq, qələbələr də qazanırdıq. Sadəcə sonluğu gətirə bilmədik. Hər halda, turnir cədvəlində son pillədə qərarlaşmaq da pisxoloji baxımdan təsir edirdi. Nə qədər toparlanmaq istəsək də, alınmadı".

Bu sözləri Sportal.az saytına açıqlamasında “Karvan-Yevlax”da icarə əsasında çıxış edən Rauf Rüstəmli deyib. 

Müqavilə ilə “Sabah”a məxsus olan yarımmüdafiəçi mövsüm ərzində göstərdiyi performansı da dəyərləndirib: “Karvan-Yevlax”a daha çox oynamaq üçün gəlmişdim. Düşünürəm ki, bu baxımdan mənim üçün yaxşı oldu. “Sumqayıt”da qalsaydım, necə olardı, bilmirəm. Ancaq düşünürəm ki, düzgün qərar vermişəm”.

"Sabah"la daha bir illik müqaviləsi qüvvədə olan futbolçu, Azərbaycan çempionuna geri qayıtmaq haqda isə bunları deyib: “Əlimdən gələni edəcəm ki, özümü göstərim. “Sabah” kimi komandada yer almaq, orada oynamaq mənim üçün çox yaxşı olar. Bunun üçün çox çalışacam. Mövsüm mənim üçün yaxşı başlamadı. “Sumqayıt”da az şans qazandım, ancaq sonlara doğru yaxşı oldu. Yenə də hər şeyə görə çox şükür”.

Mirbağırağa

 

saytlarin hazirlanmasi

Seçilən
5
1
sportal.az

2Mənbələr