AZ

Sadıqov istədi, “Zirə” portuqaliyalı ilə danışıqlara başladı – ÖZƏL

“Zirə” növbəti mövsüm üçün transfer çalışmalarını davam etdirir.

İdmanxeber.az-ın əldə etdiyi məlumata görə, qəsəbə təmsilçisi “Şamaxı”da çıxış edən Dioqo Balau ilə maraqlanır. “Qartallar” baş məşqçi Rəşad Sadıqovun istədiyi futbolçu üçün hərəkətə keçib.

26 yaşlı yarımmüdafiəçi ötən yay Şamaxı təmsilçisi ilə 1+1 illik müqavilə bağlayıb. Hazırda Balaunun klubunda qalıb-qalmayacağı bəlli deyil.

“Zirə”nin futbolçuya ciddi marağı var. Yaxın günlərdə tərəflər arasında anlaşma əldə edilə bilər.

Portuqaliyalı yarımmüdafiəçi “Şamaxı” ilə cari mövsüm 35 oyunda forma geyinib, 3 qol vurub və 3 assist edib.

 

Seçilən
16
idmanxeber.az

1Mənbələr