AZ

Acun Hall Siti ni Las Veqasa aparacaq

ain.az, Footbal-plus saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

''Hall Siti''də və Hall şəhərində hələ də premyer-liqaya yüksəlməyin sevinci yaşanır. Məlum olduğu kimi Acun Ilıcalının sahibi olduğu komanda çempionşipin pley-offunun qalibi olaraq 9 illik fasilədən sonra elitaya yüksəldi. Hall şəhərində bu uğura həsr olunmuş tədbirlər keçirilir. Orda bir çox insanları Türkiyə bayrağı ilə görmək mümkündü. Acun özü isə son günlər İngiltərə futbolunda ən çox gündəmdə olan şəxslərdən biridi. Bu uğurdan sonra tez-tez müxtəlif kanallara açıqlamalar verən türkiyəli iş adamı bu dəfə ''Skay Sports''a diqqətçəkən ifadələr işlədib:

''Bizə yuxarıdan aşağı baxırdılar. Mövsümboyu bizi zəif komanda kimi görürdülər. Amma reallıq əksinə oldu. Hamısından güclü elə biz olduq! Təbii ki, yeni mövsümün komandasını qurmaq üçün ciddi pullar xərcləyəcəyik. Biz çox şanslıyıq. Bu futbolçular bizim və bu şəhərin qəhrəmanlarıdı''.

Acun sonda etiraf edib ki, ''Hall Siti''ni yaxın günlərdə Las Veqasa aparacaq. Sən demə o, mövsümün əvvəlində söz veribmiş ki, premyer-liqaya vəsiqə qazanacağı təqdirdə komandanı Las Veqasa aparacaq. Ona görə də indi sözünün üstündə durmağı planlaşdırır.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
21
1
icma.az

2Mənbələr