AZ

Avropanı rekord istilik dalğası bürüdü

ain.az, Ayna portalına istinadən məlumat yayır.

İspaniyada temperatur 40°C-yə çatıb: Böyük Britaniyada 1922-ci ildəki rekord yenilənib

Bir neçə Avropa ölkəsində may ayı üçün xarakterik olmayan yüksək temperatur müşahidə olunur. AYNA.AZ BBC-yə istinadən bildirir ki, Fransanın 20-dən çox şəhərində artıq may ayı üçün ən yüksək temperatur qeydə alınıb. İspaniyanın bəzi yerlərində isə temperatur 40°C-yə çatıb. Böyük Britaniyada 1922-ci ildəki rekord yenilənib.

Britaniya Meteorologiya İdarəsi bildirib ki, bazar ertəsi günü London Hitrou Hava Limanında 33,5°C temperatur qeydə alınıb və bu, ölkədə may ayı üçün yeni rekord göstəricidir.

Əvvəlki 32,8°C rekordu 22 may 1922-ci ildə Londonun Kamden rayonunda qeydə alınıb.

Professorlar xəbərdarlıq edirlər ki, Böyük Britaniyada temperatur çərşənbə axşamı günü 35°C-yə çata bilər.

Dünən gecə London həmçinin may ayında ən yüksək gecə temperaturu üzrə ilkin rekordu müəyyən edib: 19,4°C.

Yaxın günlərdə Böyük Britaniya, Fransa və İspaniyada yüzlərlə yeni may rekordunun təzələnəcəyi proqnozlaşdırılır.

Bir çox bölgədə temperatur normadan 12-15 dərəcə yüksəkdir.

“Météo France” vəziyyəti "vaxtından əvvəl, müstəsna və uzunmüddətli" istilik dalğası kimi təsvir edir və bunun daha bir neçə gün davam etməsi gözlənilir.

Tarixi istilik dalğası yalnız Böyük Britaniya ilə məhdudlaşmır - son günlərdə Avropada may ayının temperatur rekordları kütləvi şəkildə qırılıb.

İspaniyada bazar günü 38°C qeydə alınıb.

Fransa və Almaniyada temperatur 30 dərəcənin ortalarına qədər yüksəlib.

Fransa, Almaniya, İsveçrə, İspaniya və Şimali İtaliyada hazırda may ayının sonu üçün temperatur normadan 10-15 dərəcə yüksəkdir.

Bundan əlavə, sinoptiklər misli görünməmiş istilik dalğasının demək olar ki, bütün həftə davam edəcəyini proqnozlaşdırır.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
23
ayna.az

1Mənbələr