AZ

Ermənistanda daha bir seçki rüşvəti qalmaqalı Partiya rəsmisi həbs olundu

Azpolitika.az saytından alınan məlumata görə, ain.az bildirir.

Ermənistanda keçiriləcək parlament seçkilərinə sayılı günlər qalmış, ölkədə seçki pozuntuları və qanunsuzluqlarla bağlı yeni faktlar ortaya çıxmaqda davam edir. 

“AzPolitika” erməni mediasına istinadla xəbər verir ki, Ermənistanın Anti-Korrusiya Komitəsi növbəti dəfə seçici rüşvəti ilə bağlı irimiqyaslı faktın aşkarlandığını bəyan edib.

Məlumata görə, hüquq-mühafizə orqanları tərəfindən daxil olan əməliyyat məlumatları əsasında araşdırma aparılıb. İstintaq nəticəsində mötəbər faktiki məlumatlar əldə edilib ki, müxalif yönümlü "Güclü Ermənistan" Partiyasının Sünik (Zəngəzur) vilayətinin Goris icması üzrə ərazi məsul şəxsi seçkilərdə adıçəkilən siyasi qüvvənin lehinə səs vermələri müqabilində həmin icmanın bir qrup seçicisinə rüşvət vəd edib, həmçinin faktiki olaraq pul paylayıb.

Baş vermiş faktla bağlı dərhal cinayət işi başlanılıb, qaldırılmış icraat çərçivəsində şübhəli şəxslərin evlərində, qərargahlarda axtarışlar aparılıb və digər zəruri prosessual-istintaq hərəkətləri yerinə yetirilib.

"Güclü Ermənistan" Partiyasının lideri, milyarder iş adamı Samvel Karapetyan ittihamlara kəskin reaksiya verib.

Karapetyan mətbuata açıqlamasında hüquq-mühafizə orqanlarının demək olar ki, hər gün bəyan etdiyi bu korrupsiya və rüşvət halları ilə hər hansı bir əlaqəsinin olduğunu rədd edib. O, baş verənlərin partiyasına qarşı yönəlmiş bir kampaniya olduğunu eyham vurub.

Buna baxmayaraq, istintaq orqanları Zəngəzur bölgəsində seçki rüşvəti şəbəkəsinin digər iştirakçılarının da müəyyən edilməsi istiqamətində əməliyyat-axtarış tədbirlərini davam etdirir.

“AzPolitika.info”

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
29
azpolitika.info

1Mənbələr