AZ

Bakıda beynəlxalq qadın könüllülüyü ilə bağlı forum keçirilib

525.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Qazaxıstanın Azərbaycandakı səfirliyində "Beynəlxalq qadın könüllülüyünün müasir Azərbaycan, Qazaxıstan və Türkiyənin inkişafına töhfəsi" mövzusunda forum keçirilib.

525.az xəbər verir ki, səfirliyin Beynəlxalq Qadın Klubu ilə birgə təşkil etdiyi tədbirdə Milli Məclisin deputatları, xarici ölkələrin Azərbaycandakı səfirlərinin xanımları, QHT nümayəndələri, mütəxəssislər iştirak ediblər. 

Qazaxıstanın Bakıdakı səfiri Alim Bayel açılış nitqində bildirib ki, son illər Azərbaycanda və  Qazaxıstanda könüllülük çox inkişaf edib: “Ona görə də Beynəlxalq Qadın Klubu tərəfindən bu forumun keçirilməsi təklif olunanda, məmuniyyətlə qəbul etdim. Tədbir həm də Azərbaycanın Müstəqillik gününə həsr edilib”. 

Səfir deyib ki, könüllülük qazax mədəniyyətində əhəmiyyətli rola malikdir, qadın könüllülüyü isə burada mühüm yer tutur.

Diplomat xatırladıb ki, Prezident Kasım-Jomart Tokayevin təşəbbüsü ilə BMT tərəfindən 2026-cı il “Dayanıqlı İnkişaf naminə Beynəlxalq Könüllülər İli” elan olunub.

Səfirin xanımı, Beynəlxalq Qadın Klubunun rəhbəri Asemgül Bayel deyib ki, hazırda Qazaxıstanda 800-dən çox könüllü təşkilatı fəaliyyət göstərir, bu hərəkata qoşulanların sayı son illərdə kəskin şəkildə artıb. O, vaxtilə özünün də könüllülük fəaliyyəti ilə məşğul olduğunu söyləyib.

Milli Məclisin deputatı, Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova güclü vətəndaş cəmiyyətinin formalaşmasında xanımların rolunu vurğulayıb. Bildirib ki, tarix boyu Azərbaycan qadınları xetirxah missiyanı həyata keçirib, bu gün də bu missiya davam edir.

Tədbirdə Meksikanın Azərbaycandakı səfiri Mariya Viktoriya Romero Kabalyero, Türkiyə səfirinin xanımı Zühre Akgün, Moldova səfirinin xanımı İrina Esaulenko və digərləri çıxış ediblər.

Daha sonra forum panellərdə işini davam etdirib, ardınca konsert proqramı təqdim edilib.

Pərvanə Sultanova

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
27
525.az

1Mənbələr