AZ

Tanınmış aktyorun meyiti tapıldı

Virgin River serialı ilə tanınan kanadalı aktyor və prodüser Stewart McLean həyatını itirib.

Demokrat.az xəbər verir ki, 45 yaşlı aktyorun meyiti Kanadanın Britaniya Kolumbiyası əyalətində yerləşən Lions Bay bölgəsində aşkarlanıb. Onun mayın 15-dən etibarən itkin düşdüyü və polisə rəsmi müraciətin bir neçə gün əvvəl edildiyi bildirilib.

Hadisə ilə bağlı araşdırmanı Kanada Kral Atlı Polisi aparır. İlkin araşdırmalardan sonra iş materialları İnteqrə olunmuş Qətl Araşdırmaları Qrupuna (IHIT) təhvil verilib.

Hüquq-mühafizə orqanları hadisə yerində əldə edilən sübutların McLeanin qətl qurbanı olması ehtimalını gücləndirdiyini açıqlayıb.

Polis aktyorun son günlərdə kimlərlə görüşdüyünü, əlaqədə olduğu şəxsləri və hərəkət marşrutunu araşdırır. Ətraf ərazilərdəki müşahidə kameralarının görüntüləri də incələnir.

Rəsmilər hadisənin bölgə sakinləri üçün ümumi təhlükə yaratmadığını və ayrıca insident kimi qiymətləndirildiyini bildirib.

Stewart McLeanin ölüm səbəbinin məhkəmə-tibbi ekspertizasından sonra dəqiqləşəcəyi qeyd olunub.

Demokrat.az
Seçilən
5
demokrat.az

1Mənbələr