AZ

BMT rəhbərliyi uğrunda gizli diplomatik mübarizə güclənir

BMT-nin növbəti baş katibinin seçilməsi prosesi diplomatik mübarizəni gücləndirib. Namizədlərin sayı artsa da, əsas qərarın Təhlükəsizlik Şurasının veto hüququna malik 5 daimi üzvü tərəfindən veriləcəyi bildirilir.

QHT.az xarici mediaya istinadən bildirir ki,  hazırkı favoritlər arasında Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin rəhbəri Rafael Qrossi, Çilinin sabiq prezidenti Mişel Baçelet və digər tanınmış siyasətçilərin adı çəkilir. Rusiya bəzi Qərb ölkələri ilə əlaqəli namizədlərə qarşı çıxa biləcəyini açıqlayıb.

Ekspertlər hesab edir ki, yekunda ABŞ, Rusiya və Çin ortaq namizəd üzərində razılaşaraq onu BMT-yə qəbul etdirə bilər.

Seçilən
3
qht.az

1Mənbələr