AZ

Günəşdə tezliklə çox güclü super alışma baş verə bilər

Alimlər son dərəcə güclü günəş alışmalarının (super alışmaların) baş vermə riskinin artdığını bildirirlər. Bu hadisələr peykləri, enerji şəbəkələrini və rabitə sistemlərini sıradan çıxara, həmçinin kosmonavtlar üçün təhlükə yarada bilər..

Poliqon xəbər verir ki, u barədə Forbes yazır.

Journal of Geophysical Research: Space Physics jurnalında dərc olunan araşdırmada Meksikanın Milli Avtonom Universitetinin rəhbərlik etdiyi alimlər X10 səviyyəsindən də güclü olan ekstremal günəş alışmalarını proqnozlaşdırmaq üçün yeni sistem təqdim ediblər.

Alimlərin fikrincə, hazırkı 25-ci günəş dövrü ərzində Günəş artıq belə bir "ən yüksək sinifli" alışma yaratmalı idi. Tədqiqatçılar 1975–2025-ci illər arasında toplanan peyk məlumatlarını analiz edərək keçmiş günəş dövrlərində 37 "S-sinfi" super alışma aşkar ediblər.

Tədqiqatçılar konkret anı proqnozlaşdırmaq əvəzinə, yüksək ehtimallı dövrləri müəyyən edən ehtimal modelindən istifadə ediblər. Onlar Günəşdə plazma dalğalanmaları ilə əlaqəli iki əsas dövr aşkar ediblər: təxminən 1,7 il və 7 illik sikllər. Bu dövrlər üst-üstə düşdükdə super alışma ehtimalı kəskin artır.

Alimlər 25-ci günəş dövrü üçün iki yüksək risk dövrü müəyyən ediblər: biri 2025-ci ilin ortasından 2026-cı ilin ortasına qədər, digəri isə 2027-ci ilin əvvəli və ortaları üçün.

Tədqiqatda həmçinin qeyd olunur ki, günəş aktivliyinin artması gələcək kosmik missiyalara da təsir edə bilər. NASA-nın "Artemis II" missiyasından sonra (Ay ətrafında uçuş edən astronavtlar) bu risklər müəyyən qədər azalsa da, təhlükə tam aradan qalxmayıb.

Poliqon.info

Seçilən
14
poliqon.info

1Mənbələr