AZ

Bu dəfə Şölə Nigarın dediklərinə cavab verdi Video

ain.az, Axsham.az portalına istinadən məlumat verir.

Əməkdar artist Şölə Səfərəliyeva "Avroviziya 2011" qalibi Nigar Camalla "Maska" şousunda yaşadığı qalmaqaldan danışıb.

Axşam.az xəbər verir ki, ifaçı proqram zamanı yaşadıqları söz-söhbətə və Nigarın dediklərinə belə reaksiya verib:

"İfaçılara söz atdı, qalmaqal yaratmağa çalışdı. Yəqin az oldu, indi də mənə söz atmağa çalışır. Nə baş verə bilər ki? Mən oxuyanda rəqs edirdi. Hamını ağladır, bir dəfə də özü ağlasın. Özü çoxdan ağlamalı idi. Qəlb qırmaq yaxşı şey deyil”.

Ş.Səfərəliyeva layihə iştirakçılarının və münsiflərin müqavilə əsasında məxfilik qaydalarına əməl etməli olduqlarını da vurğulayıb:

“Münsiflər və iştirakçılar hamımız müqavilə imzalamışıq. Maska açılana qədər ağzımızı möhkəm tutmalıyıq. Əgər kimsə ağzını tuta bilmirsə, sözləri ətrafına çatdırır, başqalarına məlumat yayır və onlar da başqalarına deyirsə... Maskam açılan axşam artıq hamı adımı yazırdı. Bu, kollektivə, bizim zəhmətimizə hörmətsizlikdir. Hər birimiz həmkarıq".

Qeyd edək ki, Nigar paylaşım edərək "Bilmirəm, bu kadrları kəsəcəklər, ya yox. Amma çəkiliş zamanı elə də xoş olmayan bir hadisə baş verdi" sözlərini yazmışdı.

Посмотреть эту публикацию в Instagram

Публикация от Axşam.az (@axsamaz)

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
47
axsam.az

1Mənbələr